Dünyanın məşhur futbolçusu sınıq telefeonundan danışdı - KASIB OLMUŞAM, İNDİ QAZANDIĞIM PULLARI KASIBLARA PAYLAYIRAM

Bir müddət əvvəl “Liverpul”un, hazırda isə “Bavariya”nın hücumçusu Sadio Manenin əlindəki ekranı sınıq mobil telefon insanlarda istehzaya səbəb olmuşdu. Çoxları maraqlandı, necə ola bilər ki, ildə 10 milyon avrodan çox qazanan oyunçunun adi mobil telefon üçün pulu olmasın?

Seneqallı müsahibələrinin birində ona lağ etməzdən əvvəl çoxlarını iki dəfə düşünməyə vadar edən cavab verdi.

HTML tutorial

“Mən balaca olanda ailəm aclıqdan ölürdü. Mən çörəkpulu qazanmaq üçün tarlada işləməli idim və yaşamaq bizim üçün çətin idi. Hətta ayaqyalın futbol oynayırdım. Amma indi futboldan kifayət qədər pul qazandığım üçün xalqıma kömək edə bilərəm. Niyə mənə 10 Ferrari, 20 almaz saat və ya 2 şəxsi təyyarə lazımdır? Bu, mənim üçün və ya dünya üçün nə demək olardı? Mən pulumu məktəblər, stadion tikmək, kasıb insanlara paltar, ayaqqabı və yemək təklif etmək üçün istifadə etməyə üstünlük verirəm. Mən Seneqalın ən yoxsul bölgəsinin hər bir sakininə ayda 70 avro verirəm. Dəbdəbəli avtomobillərə və ya evlərə sahib olmağa ehtiyacım yoxdur. Əvəzində həyatın mənə bəxş etdiklərini həmkarlarımla bölüşməyə üstünlük verirəm”.

Bəs deyirlər ki, pul insanları yolundan azdırır?

Gununsesi.info