
2023-cü ildə dünyanın ən xoşbəxt ölkələrinin indeksi, başqa adla Qlobal Xoşbəxtlik İndeksi açıqlanıb.
Gununsesi.info xəbər verir ki, ilk TOP 5-i Finlandiya (7.8 bal), Danimarka (7.6 bal), İslandiya (7.5 bal), İsrail (7,4 bal) Hollandiya (7.4 bal) tutub.
TOP 10-u isə İsveç, Norveç, İsveçrə, Lüksemburq, Yeni Zelandiya tamamlayıb.
Dünya Xoşbəxtlik İndeksinə görə, Hindistan 146 ölkə arasında 126-cı yerdə qərarlaşıb. Xoşbəxtlik İndeksində Hindistan Nepal, Banqladeş və Çin kimi qonşu ölkələrdən aşağı yerdədir.
Xoşbəxtlik səviyyələrindəki bu azalma Hindistanda Covid-19 pandemiyasının yaratdığı çətinliklərlə daha da ağırlaşan psixi sağlamlıq böhranı ilə sıx bağlıdır.
Qeyd edək ki, siyahıda Azərbaycanın adı yer almayıb.
Gununsesi.info