Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov media aləmində elə də tanınan adam olmasa da, onun çox maraqlı keçmişi olub.
Gununsesi.info xəbər verir ki, mərhum nazir müavini gənc yaşlarında musiqi ilə məşğul olub. Ötən əsrin 60-cı illərdində tələbə ikən Azərbaycan da caz musiqisinin inkişaf etdiyi vaxtda populyar olan “Eskulap” qrupunda bass gitarada ifa edib. “Eskulap” qrupu Rafiq Babayev tərəfindən 1966-cı ildə Azərbaycan Tibb İnstitutunun tələbələrindən təşkil edib. Qrup fəaliyyəti dövründə eyni tərkiblə çıxış edib. Qrupda Eldar Bağırov (vokal), Murad Vəzirov (vokal), Vais Səmədov (vokal), Əli Babayev (pianino), Cəbrayıl Məstanov (solo gitara), Abbas Vəlibəyov (bass gitara), Emin Seyidəliyev (zərb aləti), Mehdi Əliyev (saksofon), Fuad Vəlibəyov (orqan). “Eskulap” müasir mahnı yaradıcılığından məharətlə istifadə etdiyi üçün öz ətrafına xeyli pərəstişkar toplaya bilib. Qrupun repertuarında həm xalq mahnıları, həm də xarici mahnılar var idi. 6 illik fəaliyyəti müddətində qrup çox böyük uğurlara imza atır. 1971-ci ildə qrup “Qızıl Payız” mahnı müsabiqəsinin laureatı olur. Ondan çox qısa zaman sonra 1972-ci ildə qrup fəaliyyətini dayandırır.
“Eskulap” qrupa, hətta o zamanlar bir sıra filmlərdə çəkilib. Bunlardan biri “Gün keçdi” filmidir.
Bu filmdə qrup Emin Sabitoğlunun bəstələdiyi “Bir axşam taksidə” mahısının caz versiyasını ifa edir. İndi A. Vəlibəyun da üzvü olduğu “Eskulap” qrupunun “Gün keçdi” filmində bas gitaradakı ifasını və 1969-cu ildə “Qızıl payız” müsabizəsindəki vdieoyazısını sizlərə təqdim edirik.
Mürtəza
Gununsesi.info