Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, BMT Şimali Koreyanın 2001-ci ildən bəri ciddi qida azlığı ilə qarşı-qarşıya qaldığını açıqlayıb.
BMT-nin açıqlamasına əsasən, dünyaya meydan oxuyan Şimali Koreyanın əhalisi illərdir ki, aclıqdan əziyyət çəkir.
Rəsmi məlumata görə, 2017-ci ildə ölkənin məhsul istehsalı 450 min tondan 310 min tona düşərək 30 faiz azalıb.
Ümumilikdə Şimali Koreyanın 2001-ci ildən bəri aclıqla mübarizə apardığı bildirilir.
Gununsesi.info