Dünya miqyasında baxanda Azərbaycanda zorakılıqla bağlı vəziyyət daha yaxşıdır.
Gununsesi. info xəbər verir ki,bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisdə AŞPA-nın “Zorakılıqdan azad qadınlar” parlament şəbəkəsinin “Qadınlar səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu” mövzusunda keçirilən seminarında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, komitəni ən çox narahat edən problemlərdən biri də zorakılıqla bağlıdır: “Azərbaycanda zorakılıqla bağlı vəziyyətin daha yaxşı bizə heç də imkan vermir ki, özümüzü rahat hiss edək. Azərbaycanda problemin həlli ilə bağlı çox böyük işlər görülsə də, bu işlər davamlı olmalıdır. Kim desə ki zorakılıq problemi tam həll olunacaq, əlbəttə ki buna heç kim inanmaz. Çünki, zorakılıq problemi bütün dünyada mövcud olan bir problemdir. Ən yüksək səviyyəli yaşayan cəmiyyətlərdə, eləcə də ən geridə qalan cəmiyyətlərdə də bu problem var. Heç bir ailə deyə bilməz ki bu mənim problemim deyil. Bu məsələ hər birimizə təsir edən problemdir. Cəmiyyətdə belə hallar olduqda ilk öncə cəmiyyətin və dövlətin özünüə təsir göstərir”.
H.Hüseynova deyib ki, zorakılıqla bağlı daha çox maariflənmə və profilaktik işlər görülməlidir.
Onun sözlərinə görə, müstəqilliyimiz bərpa edildikdən sonra ölkəmiz bu iş başlayıb: “Azərbaycanda bu məsələ ilə bağlı çox vacib qanular qəbul edilib. 2010-cu ildə ölkəmizdə qəbul edilən “Məişət zorakılığı” haqqında qanun böyük problemlər yaratrmışdı. Bir çox insanlar bu qanun lazım olmadığını belə bildirirdilər. Lakin əhali bununla bağlı öz sözünü dedi. Lakin burada əsas qanunun qəbul edilməsi deyil, onun işlənməsidir. Bununla bağlı çox böyük iş aparıldı”.
H.Hüseynova bildirib ki, “Gələcəyə Baxış: 2020” Konsespsiyasına əsasən, “Ailə strategiyası”, “Qadınların milli fəaliyyət planı”, “Uşaq starategiyası” hazırlanacaq, ailə psixoloqu institututu formalaşacaq: “Komitədə bununla bağlı sənədlər hazırlanır. Sənədlər hazır olduqdan sonra onlar ayrı-arı qurumlara göndəriləcək”.
Mürtəza
Gununsesi.info