Xəbər verdiyimiz kimi, dekabrın 13-də günün birinci yarısında Ermənistan-Azərbaycan sərhədində Qazax rayonunda hərbi əsirlərin mübadiləsi keçiriləcək.
Gununsesi.info Aqşin Bəbirovun anası Dürdanə Bəbirova ilə də əlaqə saxlayıb.
“Bəli bizə də belə məlumat verildi. Hal-hazırda canlı efirləri izləyirik. Səbirziklə gözləyirik. Ürəyim həyəcandan titrəyir, sanki dünyaya yenidən gəlirəm”- deyə D.Bəbirova bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Şəbnəm
Gununsesi.info