“Duqinanın avtomobilinə qoyulmuş bombanı yalnız peşəkar təlim keçmiş insanlar hazırlaya bilər” -EKSPERT

  • By admin
  • 21 Avqust 2022 19:08

Rus filosofu Aleksandr Duqinin qızı Darya Duqinanın avtomobilinə qoyulmuş bombanı yalnız peşəkar təlim keçmiş insanlar hazırlaya bilərdi.

Gununsesi.info xəbər verir ki, bu fikri Beynəlxalq Terrorla Mübarizə Assosiasiyasının prezidenti Cozef Linder deyib.

Daha əvvəl məlumatlı mənbə bombanın uzaqdan işə salma sisteminə malik olduğunu, partlayıcı qurğunun isə təxminən 350 qram trotil olduğunu bildirmişdi. Partlayıcı qurğu sürücü oturacağının altına, yanacaq borularının yanına bərkidilib.

“Bir mütəxəssis üçün bu bir neçə dəqiqə çəkə bilər. Kənardan bərkidilirsə, daha da asanlaşır. Peşəkar üçün bu tez bir işdir. Qeyri-peşəkar belə aparatı yığa bilməyəcək. Sual olunur ki, onlar harada təlim keçiblər, kimlər öyrədiblər, nəyə hazırlaşıblar, xarici xüsusi xidmət orqanlarının mütəxəssisləridilər, terror təşkilatlarının nümayəndələridirlər, hansı mərkəzlərdə işləyirlər, təlim keçiblər? Çoxlu suallar”, – ekspert bildirib.

Onun sözlərinə görə, hansı lokalizasiya vasitələrindən istifadə olunmasından asılı olaraq, bombanı işə salan şəxs yaxınlıqda ola bilər, ya da başqa bölgədə olarkən partlayışı həyata keçirə bilər.

“Bir insanı daha az partlayıcı ilə öldürə bilərsiniz, sual bu partlayıcı maddənin cihazda necə yerləşdiyidir. 400 qram kifayət qədər əhəmiyyətli miqdarda partlayıcıdır”, – Beynəlxalq Terrorla Mübarizə Assosiasiyasının rəhbəri izah edib.

Gununsesi.info