Duqinanın qətli barədə yazılar ABŞ-ın Ukraynaya xəbərdarlığıdır - "Politico"

ABŞ-da rus jurnalisti Darya Duqinanın qətli ilə bağlı informasiyaların dərc olunması Kiyevə belə təxribatlardan qaçmaq üçün xəbərdarlıqdır.

Gununsesi.info ”Politico” qəzetinə istinadla xəbər verir ki, Ukrayna tərəfi avqust ayında tanınmış rusiyalı analitikin qızının avtomobili partladıldıqda Ağ Ev rəsmiləri qəzəblənib.

HTML tutorial

Bundan əvvəl “The New York Times” ABŞ rəsmiləri arasındakı mənbələrə istinadla yazmışdı ki, Amerika kəşfiyyatı Duqinanın qətlində Ukrayna hakimiyyətinin əli ola biləcəyindən şübhələnir.

Duqinanın idarə etdiyi avtomobil avqustun 20-də axşam saatlarında Moskva vilayətində partladılıb.

Gununsesi.info