Vətəndaş debet kartında səbəbsiz yerə borc yaradıldığını iddia edir.
Gununsesi.info xəbər verir ki, bu haqda o sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, kartında -14,70 manat məbləğində borc göstərilib:
“Durduq yerə debet kartımda -14,70 manat borc yaradılıb. Deyirlər ki, səhvən kartınıza 15 manat mədaxil edilib, siz də həmin pulu çıxarmısınız. Halbuki balansım 0,30 manat idi.
Eyni halı Turanbank da etmişdi. Orada da yalandan 5 manat almışdılar ki, guya sizə səhvən pul yükləmişik və indi borc yaranıb.
Kredit kartı olmayan kartlara da bu yolla pul köçürüb sonradan borc yaradırlar”.
Günay












