Fransa məhkəmə sistemi teleqramın həmtəsisçisi Pavel Durovun 2025-ci ilin mart ayına qədər ölkədən çıxışına qadağa qoyub.
Gununsesi.info xəbər verir ki, bu barədə “Paris Match” məlumat yayıb.
Nəşr vurğulayır ki, Durov daha öncə təyin edilmiş 5 milyon avroluq girovu hissə-hissə ödəyəcək.
Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanılmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.
Gununsesi.info