Durov həbs olunduqdan sonra ilk açıqlamasını verib

Pavel Durov həbs olunduqdan sonra ilk açıqlamasını verib.

Gununsesi.info xəbər verir ki, bu barədə onun Telegram kanalında dərc olunub.

“Dəstəyiniz və sevginiz üçün hər kəsə təşəkkür edirəm!.. Bəzi KİV-lərdə Telegram-ın bir növ anarxik cənnət olması ilə bağlı açıqlamalar tamamilə həqiqətə uyğun deyil. Biz hər gün milyonlarla zərərli yazı və kanalı silirik.”– deyə Durov bildirib.

O, həmçinin bildirib ki, Fransada həbsi ilə bağlı hadisələrin gələcəkdə Telegram da daxil olmaqla bütün sosial şəbəkə sənayesini daha təhlükəsiz və güclü edəcəyinə ümid edir.

Durov sosial şəbəkələrdə ona dəstək olanlara təşəkkür edib.

 

Şəbnəm

Gununsesi.info