Düşmən atəşkəs rejimini ümumilikdə 43 dəfə pozub

  • By admin
  • 21 Dekabr 2016 10:00

Ateshkes

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 43 dəfə pozub.
Gununsesi.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Azatamut kəndlərində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Cəfərli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Şuraabad, Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Gununsesi.info