Düşmən Ermənistan ərazisindən rayonlarımızı atəşə tutdu - RƏSMİ

  • By admin
  • 03 Noyabr 2020 09:25

Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub.

Gununsesi.info bildirir ki bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Noyabrın 3-ü, saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

Gununsesi.info