“Düşmən gülləsindən ölməsəm, bir il yarımdan sonra görüşərik” - İNTİHAR EDƏN ƏSGƏRİN QAN DONDURAN SÖZLƏRİ

  • By admin
  • 30 Yanvar 2017 12:55

xaneli

Yanvarın 29-da Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun ölüm xəbəri yayıldı. Yerli mətbuatda onun şəhid olduğu deyilsə də, Müdafiə Nazirliyi əsgərin intihar etdiyini açıqlayıb.

Gununsesi.info olaraq  Xaləni Fətiyevin hərbi xidmətə getməmişdən qabağ özünün “Facebook” səhifəsindəki maraqlı statusların bəzilərini oxucuların diqqətinə çatdırmağa çalışdıq. Eyni zamanda mərhum əsgərin yaxınlarının və dostlarının baş verən faciə ilə bağlı sosial şəbəkədəki paylaşımlarını toplayıb.

Onu şəxsən tanıyan yaxınlarından biri Xanəli ilə bağlı bir xatirəsini bölüşüb. Onun sözlərinə görə, Xanəli sevdiyi qızı kasıb olduğu üçün başqasına verdiklərinə görə özünü öldürmək istədiyini deyirdi:

“Bir qız istəyirdi. Qızın ailəsi kasıb olduğu üçün imtina etmişdi. Mənə yazdı ki, qızı mənə vermədilər. Çox pisəm. Bir aydan sonra yenə yazdı ki, bu gün onun toyudur. Özümü öldürmək istəyirəm. Zəng etdim, inboxda ona xeyli yazdım. Acıqlandım. Dedim belə etsən Allah qarşısında günahkar olasan…
Kasıbçılığa söydü və internetdən çıxdı.

Daha bir dostu yazır: “Gənc olmasına baxmayaraq çox intellektual səviyyəli statuslar yazardı, gözəl zövqü vardı, yoxsulluqdan gileylənməsə də, yoxsulluq içində yaşadığı yazılarından sezilirdi. Dərdli olduğu duyulurdu. Ötən ilin oktyabrında əsəgərliyə yollananda: düşmən gülləsindən ölməsəm, bir il yarımdan sonra görüşərik demişdi. Bugün xəbər çıxdı ki, Tovuzun Əlibəyli kəndində yağı gülləsinə tuş gəlib, ömrünü Vətənə bağışlayıb. Lənət olsun, belə işıqlı gəncləri əjdaha kimi udan müharibələrə! Mən Xanəlidən çox şey gözləyirdim, onu gələcəyin aydını kimi görürdüm, ancaq bugün torpaq altındakı qaranlığa köçdü. Ən böyük ağrını ata-anası çəkəcək, sözsüz. Bu məqamda nəsə ümidverici bir söz demək mümkün deyil, ancaq bu gözəl, idraklı gəncin işıqlı xatirəsi mənim üçün unudulmaz olaraq qalacaqdır. Ürəklərdə izi qalan gənc dostum, itkin bizləri ağrıdır, ürəyimizdəki yerin göynəyir“.

Bir-iki ay sonra mənə təkrar yazdı ki, bir başqası ilə nişanlanmaq istəyir. Amma iş tapa bilmir. Dedim əsgər get, gəl mütləq sənə iş tapacam talış balası…”

Qeyd edək ki, Xanəlinin sosial şəbəkədəki paylaşımlarından onun ağır şərtlər altında yaşadığı və tez-tez kasıbçılıqdan gileyləndiyini diqqət çəkir.

Qohumları əsgərin bu gün Binə qəsəbəsində torpağa tapşırılacağını bildiriblər.

Gununsesi.info