Düşmən hücumuna məruz qalmış Gəncədə qərargah yaradıldı - FOTOLAR

  • By admin
  • 17 Oktyabr 2020 09:45

Gecə saatlarında Ermənistan silahlı birləşmələrinin Gəncəni raket atəşinə tutması nəticəsində baş vermiş dağıntılarla əlaqədar qərargah yaradılıb. 

Gununsesi.info bildirir ki, bununla bağlı Oxu.Az-a hadisə yerinə ezam olunmuş əməkdaşı məlumat verib.

Qeyd edək ki, Baş prokuror Kamran Əliyevlə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hazırda Gəncədə hadisə yerindədir.

Atışmış raketlərdən ikisi şəhərin mərkəzindəki yaşayış evlərinə düşüb. Hadisə nəticəsində 12 nəfər həlak olub, 40-dan çox insan yaralanıb.

Gununsesi.info