Düşmən Tovuzu yenidən atəşə tutdu – RƏSMİ

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-ü səhər saatlarından başlayaraq, Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. 

Gununsesi.org bildirir ki, bununla bağlı Oxu.Az-ın sorğusunu Müdafiə Naziliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı cavablandırıb.

O bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Gununsesi.org