“Düşmənin növbəti təxribatıdır” - Müdafiyə Nazirliyi

  • By admin
  • 15 İyul 2016 16:05

 

tur

 

Ermənistan mətbuatının iyulun 14-də axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin hərəkətə keçmək cəhdi barədə yaydığı məlumat təxribatdır və düşmən tərəfinin vəziyyəti gərginləşdirməyə hesablanmış növbəti addımıdır.

Bu barədə Ermənistan mətbuatında yer alan əsassız məlumatlar barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyi mətbuat xidmətindən bildiriblər.

Açıqlamada təəssüflə qeyd olunub ki, Ermənistan tərəfi öz təxribatlarını ört-basdır etmək və yaydığı məlumatların təsir gücünü artırmaq məqsədilə Azərbaycanın bəzi elektron informasiya vasitələrinin qeyri-dəqiq və anonim mənbəyə istinadən verdiyi xəbərdən uğurla istifadə edib.

“Bir daha bildiririk ki, hərbi mövzuda, xüsusilə cəbhə xəttində baş verən hadisələrlə bağlı, istənilən məlumatı yaymazdan əvvəl həmin xəbər mütləq mənada Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməli və dövlətimizin təhlükəsizlik maraqlarına xələl gətirməməlidir”, – deyə nazirliyin açıqlamasında vurğulanıb.

Gununsesi.info