“Düşmən bir neçə istiqamətdə humanitar atəşkəsi pozub” - Ceyhun Bayramov

  • By admin
  • 10 Oktyabr 2020 15:51

Beynəlxalq təşkilatların müraciətlərini nəzərə alaraq humanitar atəşkəsin təmin edilməsi məsələsinə Moskvada Azərbaycanın, Rusiyanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşündə baxıldı. 10 gündən artıq davam edən döyüşlərdə itkilər olub.

Gununsesi.info-nun məlumatına görə, bunu bu gün cəbhədəki son vəziyyətlə bağlı keçirilən brifinqdə Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

“Müasir dünyada hərbi əməliyyatların aparılmasının normaları var. Ötən günlər ərzində Vladimir Putin bu məsələ ilə bağlı çıxış etmişdir. Azərbaycan Respublikasının prezidenti ilə danışıqlar əsasında ötən gün görüş keçirildi və belə bir bəyanat hazırlandı. Nəzərə alındı ki, əsas məsələ humanitar atəşkəs zamanı həlak olan hərbçilərin döyüş meydanından çıxarılması və onların müvafiq olaraq tərəflər arasında dəyişdirilməsidir.

Bu məsələ ilə bağlı koordinasiya Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzərinə qoyulub. Lakin bu əməliyyatların başlanılmasına hələ ki şərait yaradılmayıb. Ermənistanın riyakarlığı yenidən özünü göstərdi. Düşmən bir neçə istiqamətdə növbəti dəfə hücum əməliyyatı göstərməyə cəhd edib. Lakin bunların qarşısı alınıb və düşmən layiqincə yerinə oturdulub”, – deyə C.Bayramov bildirib.

Gununsesi.info