Düşmənin çoxsaylı texnikasını sıradan çıxaran qəhrəman şəhidimizi tanıyaq

  • By admin
  • 05 Noyabr 2022 11:13
8 noyabr- Zəfər Günü yaxınlaşdıqca ölkəmizin yerində 44 Günlük Vətən Savaşı qurbanlarının xatirəsi də anılır. 
Torpaqlarımızın azadlığı uğrunda canından keçən hərbçilərimiz arasındakı qəhrəman oğullarımızdan biri də Həmidzadə Hüseyn Akif oğludur.
Valideynləri Cəbrayldan olan Hüseyn  1995-ci il oktyabr ayının 15-də Bakı şəhərində anadan olub. 2013-cü ildə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbini bitirmişdir.
2014-2018-ci illərdə Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsində ali təhsil almışdır. 2018-ci ildə Murovdağ zirvəsində həqiqi hərbi hissədə xidmətdə olmuşdur.
27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsi zamanı Vətənə olan bağlılığı, düşmənə olan nifrəti onu sakit dayanmağa qoymur və könüllü olaraq Cəbrayıl rayon Komissarlığına yazılaraq, qısa müddət ərzində ön cəbhəyə yollanır.
Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilməsində misli görünməmiş qəhrəmanlıq göstərir, düşmənin çox sayda tankını, ağır texnikasını sıradan çıxarır.
25 oktyabrda Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanan Hüseyn 01 noyabr 2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.
Şəki rayonunun Oxut kənd məzarlığında dəfn olunub. Subay idi.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Həmidzadə Hüseyn Akif oğlu ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Gununsesi.info