Düşmənin dağıtdığı evlərdə təmir işləri aparılır

  • By admin
  • 17 Avqust 2021 16:01

Vətən müharibəsi dövründə ermənilərin artilleriya və raket zərbələri nəticəsində Naftalan şəhərinin Qaşatı Qaraqoyunlu kəndi ərazisində zərər görmüş tikililərin bərpası davam edir.

Gununsesi.info xəbər verir ki, Naftalan şəhər Qaşaltı-Qaraqoyunlu kənd sakini Babayeva Səmayə Qarakişi qızına məxsus fərdi evə erməni vandalları tərəfindən atılmış top mərmisi nəticəsində evdə yanğın baş verib, evin dam ortüyü və  tavanı sıradan çıxıb. ŞİH başçısı Vüqar Novruzov Səmayə xanımın fərdi yaşayış evində gedən təmir işlərinə baxış keçirib, aparılan təmir bərpa işləri ilə yerində tanış olub.

Qeyd edək ki, Vətən müharibəsi zamanı ümumilikdə, Qaşatı Qaraqoyunlu kəndində 3 fərdi yaşayış evi və 1 yardımçı tikili zərər görüb.