Dustaqların qaçması ilə bağlı iş üzrə  DAHA BİR MƏHKƏMƏ QƏRARI

  • By admin
  • 07 Fevral 2018 14:58

Məhkəmədən gətirilərkən qatardan dustaqlar Əli Ağami və Etibar Məmmədovun qaçmasıyla bağlı iş üzrə həbs olunanlar arasında Günay Atakişiyeva və taksi sürücüsü Məhəmməd Hacıyev də var. Onlar “Qoca” ləqəbli E.Məmmədov qaçandan sonra gizlənməsi üçün on yardım etməkdətəqsirləndirilir.

Gununsesi.info xəbər verir ki, G.Atakişiyeva və M.Hacıyev barəsində həbs-qətimkan tədbirinin müddəti fevralın 7-də daha üç ay uzadılıb. Bu haqda Nəsimi Rayon Məhkəməsində hakim ŞəlaləHəsənova qərar çıxarıb.

Adları çəkilən təqsirləndirilən şəxslərin hər ikisi Ağstafa rayon ərazisində həbs edilib. Onlara Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadanəlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, Əli Ağami və Eəmmədov Məmmədov ötən il oktyabrın 22-dən 23-nə keçən gecəLənkərandan Bakıya qatarla gətirilərkən qaçıb.Oktyabrın 26-da Ə.Ağami Şirvanda həbs edilib. Bir neçə gün sonra E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.

Bu məsələ ilə əlaqədar müğənni Fədayə Məmmədova (Laçın) da həbs olunub.

Gülər

Gununsesi.info