Dustumdan BMT-yə ÇAĞIRIŞ: Fəlakət yaxınlaşır

  • By admin
  • 11 Sentyabr 2021 15:18

Əfqanıstanın keçmiş vitse-prezidenti marşal Əbdül Rəşid Dustum BMT-yə müraciət edib.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, o, Pəncşir vilayətinin şimalında Talibanın etnik təmizləmə apardığını bildirib:

“Mən BMT-ni səssizliyini pozmağa və qara siyahıda olan terrorçuların Pəncşirdə etnik təmizləmə aparmasını dayandırmaq üçün fəaliyyətə keçməyə çağırıram. Pəncşirin qapılarını açmaq və KİV-ə orada baş verənləri yayımlamağa izn vermək lazımdır. Fəlakət yaxınlaşır”.

Gununsesi.info