Vətəndaş cəmiyyətinin nümayəndələri seperatçıları bir daha başa saldı ki…

  • By admin
  • 06 Yanvar 2023 21:20
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibə verib.
Gununsesi.info həmin müsahibəni təqdim edir:
– Qüdrət bəy, havaların kəskin soyuduğu bir dönəmdə Şuşada ekoloqların keçirdiyi aksiya nə qədər davam edə bilər?
– Əvvələr də söyləmişəm ki, onlar xalqımızın vətənpərvər və qəhrəman övladlarıdır. Düşünürəm, onlar problemi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla artıq öz işlərini gördülər. Bundan sonra aksiyanın daha uzun müddətə davam etdirilməsi düşmən tərəfindən bizim zəifliyimiz və çarəsizliyimiz kimi qəbul oluna bilər. Ona görə Azərbaycan hökuməti aksiya iştirakçıları ilə danışmalı, Laçın yolunda aksiyaçıların həyata keçirdiyi nəzarəti dövlət orqanları Ermənistanla sərhəddə həyata keçirməlidir. Düşünürəm ki, aksiya öz məqsədinə çatıb, vətəndaş cəmiyyətinin nümayəndələri seperatçıları və seperatizmi dəstəkləyənləri bir daha başa saldı ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və  Azərbaycan həmin ərazidə dövlət suverenliyini bərpa edəcək. Artıq aksiyaçıların dirənişindən sonra indi hökumət cəsarətli qərarları ilə öz işini görə bilər.
– Ukraynada müharibənin gedişi barədə nə deyə bilərsiniz?
– Müharibənin başlaması hər bir halda böyük səhv idi. Rusiya özündə güc tapıb bu səhvi düzəltməli, müharibəni dayandırmalıdır. BMT-nin tanıdığı 1991-ci ilin dövlət sərhədlərinə qayıdılmalıdr. Hesab edirəm ki, sülh müqaviləsində Krımda Rusiyanın hərbi baza saxlaması, Ukraynanın NATO-ya qoşulmaması və öz ərazisində xarici hərbi bazalar yerləşdirməməsi, dostluq və əməkdaşlıq barədə öhdəliklər, rus dilinin sıxışdırılmaması, vizasız gediş-gəlişin təmin olunması, Ukraynanın MDB-də fəaliyyətini davam etdirməsi, dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması kimi maddələr öz əksini tapa bilər. Belə olduğu halda hər iki tərəf müharibənin nəticəsini öz xalqına qəbul etdirə və barışa hazırlaya bilər. Maksimalist mövqe və müharibənin qızışması tərəflər üçün proqnozlaşdırılması mümükün belə olmayan ağır nəticələrə yol aça bilər. Onsuz da müharibə böyük itkilərə və dağıntılara səbəb olub. Qardaş qırğınında qalib olmayacaq və tarix buna heç cür haqq qazandırmayacaq.
– Ukraynanın tam qələbəsi mümkündürmü?
– Qərbin indiki dəstəyi ilə bu mümkün deyil.Rusiyanın məğlubiyyəti həm də qorxulu proseslərə, Rusiyanın dağılmasına yol aça bilər. Bu zaman nüvə silahı millətçi-ekstremist qüvvələrin əlinə düşə və ondan istifadə oluna  bilər. Böyük güclərin və döyüşən tərəflərin müdrikliyi və gücü çatacaqsa qeyd etdiyim formada sülhə nail olmaq olar. Müharibəni başlamaq asan, dayandırmaq isə çox çətindir.
Gununsesi.info