
Filippin Prezidenti Rodriqo Duterte potensial varislərinin adlarını açıqlayıb.
Gununsesi.org “Manila Times”a istinadən yazır ki, Duterte növbəti Prezidentin Bikol bölgəsindən olacağını qeyd edib.
Filippin Prezidenti Rodriqo Duterte ikinci müddətə namizədliyini verməyəcəyini və qızı Sara Duterte Karpionun da namizəd olmasını istəmədiyini vurğulayıb.
“Biz Salseda və Fransis Eskudero arasında seçim edəcəyik”, – Duterte bildirib.
Qeyd edək ki, Fransis Eskudero – Sorsoqon bölgəsinin keçmiş senatoru və qubernatoru, Coy Salseda isə Filippinin Nümayəndələr Palatasında Albay bölgəsinin təmsilçisidir.