Düyü pəhrizi

  • By admin
  • 04 Fevral 2017 12:06

duyu

 

Əgər siz tez bir zamanda əvvəlki çəkinizə qayıdıb, bir neçə kiloqram artıq çəkidən qurtulmaq istəyirsinizsə, onda düyü pəhrizi köməyinizə gələcək.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, belə pəhrizlə tez bir zamanda əməliyyatsız sağlamlığınıza qovuşa bilərsiniz.

1-ci gün
Səhər yeməyi: alma, 100 qr limon qabığı ilə bişmiş düyü;

Nahar: tərəvəz şorbası, 150 qr tərəvəz salatı, təzə göyərti ilə 100 qr bişmiş düyü və 1 xörək qaşığı zeytun yağı;


Şam yeməyi:
Tərəvəz şorbası, yerkökü bişmiş ilə 100 qr düyü

2-ci gün
Səhər yeməyi: portağal, 1 çay qaşığı xama əlavə olunmuş 100 qr bişmiş düyü;


Nahar:
tərəvəz şorbası, 100 qr bişmiş düyü;
Şam yeməyi: tərəvəzlə 100 qr bişmiş düyü

3-cü gün
Səhər yeməyi: qreypfrut, 100 qr darçınlı düyü sıyığı;
Nahar: tərəvəz şorbası, 1 çay qaşığı zeytun yağı əlavə olunmuş 100 qr xiyar salatı, 100 qr bişmiş düyü, 150 qr düyü pörtlədilmiş göbələk;


Şam yeməyi:
Tərəvəz şorbası, 100 qr bişmiş düyü və 150 qr brokolli;

Pəhrilə bərabər gün ərzində ən azı 1,5 l su içməli və 2 saat təmiz vada gəzmək lazımdır.

Gülnaz Qənbərli

Gununsesi.info