Düyü yemək beyin qanaxması riskini azaldır

  • By admin
  • 27 Sentyabr 2016 21:16

duyu

Fol turşusu və B vitamini ilə zənginləşdirilən düyü, beyinə qan sızma riskini 3% nisbətində azaldır.

Gununsesi.info xəbər verir ki, ABŞ-da aparılan araşdırmaya əsasən düyü, qidalandırıcı bir pəhrizin ən yaxşı nümunəsidir. Fol turşusu və B vitamini ilə zənginləşdirilən düyü yeyən insanlarda beyinə qan sızması riskinin, 3% nisbətində azaldığını söyləyən mütəxəssislər, bu mövzu barəsində ətraflı məlumat verdilər: “Bəzi araşdırmalar tərəfindən məlum olmuşdur ki, fol turşusu infarkt və beyinə qan sızması da daxil olmaqla ürək xəstəliklərində bir risk faktoru olduğunu göstərən homosistein səviyyəsini aşağı salır. Bu çox mühüm bir məsələdir. Beyinə qan sızması son zamanlar geniş rast gəlinən problemlərdəndir. Tərkibində fol turşusu olan düyü isə, əla çıxış yoludur. ”

Gununsesi.info