DYP-dən xanım sürücünün yağışlı havada dəhşətli qəzaya düşməsi barədə AÇIQLAMA -VİDEO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Qala-Pirallahı yolunda baş verən dəhşətli qəza ilə bağlı məlumat verib.

İdarənin polis mayoru Araz Əsgərlinin Oxu.Az-a verdiyi məlumata görə, KİA markalı avtomobilin sürücüsü ağır xəsarət alıb və dərhal xəstəxanaya yerləşdirilib.

Ölüm faktı yoxdur.

17:20

Qala-Pirallahı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, yağışlı havada KİA markalı avtomobilin qadın sürücüsü idarəetməni itirib və VAZ-2109 markalı maşınla toqquşub. Daha sonra isə yol kənarındakı yol nişanlarına və üzərində yük maşını olan evakuatora çırpılıb.

Hadisədə ölən və xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.

Gununsesi.info