DYP gücləndirilmiş iş rejiminə keçir

  • By admin
  • 18 Mart 2021 22:43

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparacaq.

DİN Mətbuat xidmətindən Gununsesi.infoya verilən məlumata görə bayram günləri və həftəsonları Bakıda, Respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən bütün qeydiyyat-imtahan və texniki baxış şöbələri xidmət göstərəcək.

HTML tutorial

Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ rayonunda yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) Müayinə Mərkəzi, habelə nəqliyyat vasitələri ilə bağlı qeydiyyat hərəkətlərinin aparılması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi və respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq işləyəcək.

Sürücülər qeydiyyat və texniki baxışla bağlı müraciət edə bilərlər.

Gununsesi.info