DYP postunda dayanmayan ata və oğlu saxlanıldı -VİDEO

Bakı-Qazax yolundakı DYP postunda yol polisinin tələbinə tabe olmayan sürücülər saxlanılıb.

Gununsesi.info  DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 24.10.2022-ci il tarixdə “KamAZ” markalı, 50-BN-503 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Məmmədov Kamandar Alı oğluna və onun sağlamlıq imkanları məhdud olan, sürücülük hüququ olmayan oğlu “KamAZ” markalı, 44-CD-413 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Məmmədov Taleh Kamandar oğluna Baş DYP İdarəsinin Yol-Patrul Xidməti Alayının 7-ci taqımının Kürdəmir və Hacıqabul rayonları ərazisində yerləşən stasionar postlarında “saxla” işarəsi verilsə də, onlar buna məhəl qoymayaraq nəqliyyat vasitələrini polis əməkdaşlarının üzərinə sürərək hərəkətlərini davam etdiriblər.

HTML tutorial

Daha sonra görülmüş tədbirlər nəticəsində ata və oğlu saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokollar tərtib edilərək baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə K.Məmmədov barəsibdə inzibati həbs tətbiq edilib, oğlu T.Məmmədovun isə sağlamlıq imkanının məhdud olması nəzərə alınaraq o, iki yüz manat məbləğində cərimə edilib.

Gununsesi.info