DYP təmirlə bağlı sürücülərə müraciət etdi

Bakının mərkəzi yollarından sayılan Neftçilər prospekti bağlanıb.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli “Qafqazinfo”ya bildirib ki, həmin prospektdə asfalt örtüyü dəyişdirilir:

HTML tutorial

“Bu gün axşam saatlarından paytaxtın Azneft dairəsindən Neftçilər prospekti ilə Bülbül küçəsinin kəsişməsinədək asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılacaq.Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik. Asfalt örtüyü yeniləndikdən sonra yolun açılması nəzərdə tutulub”.

Gununsesi.info