
“Azərbaycanda söz azadlığı mövcuddur. Jurnalistlər peşə fəaliyyətinə görə həbs edilməyiblər”. Gununsesi.info-nun məlumatına görə, bu haqda xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdəki sədri Frank Valter Ştaynmayerlə bu gün birgə keçirdiyi brifinqdə Azərbaycanda jurnalistlərin həbs edilməsiylə bağlı sualı cavablandırarkən deyib.
E.Məmmədyar Azərbaycanda azad mətbuatın daim inkişaf etdiyini vurğulayıb: “Bunu gündəlik fəaliyyətimdə hiss edirəm. Hətta elə olur ki, azərbaycanlı jurnalistlər öz fəaliyyətlərində etik davranış qaydalarını aşırlar, lakin buna baxmayaraq, bizdə azad mətbuat olduğuna görə, onlara peşə fəaliyyətində hər hansı maneəçilik yaratmırıq. Odur ki, Azərbaycanda söz və mətbuat azadlığı inkişaf edir. Jurnalistlərə də sərbəst fəaliyyəti üçün ölkədə normal şərait yaradılıb”-, deyə o bildirib.
Mürtəza Bünyatlı