Ebru Gündeş ailə həyatı qurur -Fotolar

  • By ilhame
  • 18 Fevral 2024 12:21

Türkiyəli müğənni Ebru Gündeşin ailə həyatı quracağı iddia olunur.

 

Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçi iş adamı Murad Özdemirlə eşq yaşamağa başlayıb.

 

Belə ki, 2022-ci ilin iyulunda Selin Özdemirdən boşanan Murat Özdemirin 2023-cü ilin sonlarına doğru Ebru Gündeşlə görüşməyə başladığı məlum olub.

 

Cütlüyün tezliklə evlənməyə hazırlaşdığı bildirilir.

 

Qeyd edək ki, Özdemirin ilk həyat yoldaşından 2, ikinci yoldaşından isə 1 övladı var. Ebru Gündeşin isə 2010-cu ildə evlənib 2021-ci ildə boşandığı Rıza Zərrabdan 1 qızı var.

Gununsesi.info