2021-ci ildə Rza Zərrabdan qalmaqallı şəkildə boşanan Ebru Gündeş özündən 12 yaş kiçik sevgilisi Murat Özdemirlə bu gün Dubayda evlənib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, yalnız yaxın ətrafının qatıldığı mərasimlə evlənən Gündeş və Özdəmirin bal ayı üçün Körfəz gəzintisinə çıxacaqları iddia edilib. Gündeşin toydan fotoları paylaşıb-paylaşmayacağı maraq doğurub.
Murat Özdemir bir müddət əvvəl Ebru Gündeş üçün övladlarının anası Selin Kabaklıdan boşanıb.
49 yaşlı Ebru Gündeş daha əvvəl 3 dəfə evlənib. Sənətçinin ilk evliliyi 1990-cı ildə Həmdi Vardarla olsa da, münasibətləri 3 il davam edib. Gündeş 2002-ci ildə Ömer Durakla ikinci evliliyini edib və bir il sonra boşanıblar.
Ebru Gündeş 2010-cu ildə Rza Zərrabla üçüncü evliliyini edib, cütlüyün 2011-ci ildə Alara adlı qızları doğulub, lakin 2021-ci ildə boşanıblar.
Gununsesi.info