“Ebruya xəyanət etməmişəm” - FOTO

  • By admin
  • 02 İyul 2016 13:34

ebrush

Müğənni Sinan Akçıl iki ildir birlikdə olduğu model Ebrui Şallıyı aldatdığı və bu səbəblə də münasibətlərinin bitdiyi iddiasına aydınlıq gətirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbuldakı məkanlardan birindən çıxarkən görüntülənən Sinan jurnalistlərin suallarını cavablandırıb. O, aktrisa Müjde Uzmanla bir yaxtada istirahət etməsini belə izah edib:

“Sevgili deyilik. Onunla dostam. Birlikdə göründüyüm hər insan sevgilim deyil. Ebruya xəyanət etməmişəm. Biz onunla ay yarım əvvəl ayrılmışıq”.