ECB 19 ildə ilk dəfə ili zərərlə başa vurub

  • By ilhame
  • 22 Fevral 2024 21:18

Avropa Mərkəzi Bankı (ECB) 19 ildə ilk dəfə 2023-cü ili zərərlə başa vurub.

 

Gununsesi.info xəbər verir ki, bu barədə tənzimləyicinin press-relizində deyilir.

 

ECB-nin zərəri 1,3 milyard avro təşkil edib. Bu rəqəm maliyyə risklərinin ödənilməsi üçün 6,6 milyard avro həcmində ehtiyatların tam sərbəst buraxılması nəzərə alınmaqla verilib. Bu olmasaydı, göstərici daha böyük olardı.

 

Tənzimləyicinin proqnozuna görə, yaxın gələcəkdə zərərin qarşısını almaq mümkün deyil. ECB bir neçə ildən sonra yenidən sabit mənfəətə qayıtmağı gözləyir.

Gununsesi.info