
Türkiyə ölüm-edam cəzasını bərpa edə bilər.
Gununsesi.info-nun “Haberturk.com”a istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda mitinqdə çıxışı zamanı bildirib.
Ölüm hökmünün-edamın bərpasının xalqın tələbi olduğunu iddia edən Ərdoğan, “xalqın tələbinin qiymətləndirilməsi hər bir demokratik ölkənin haqqıdır” -deyib.
“Bunlar parlament çatısı altında dəyərləndirilir, bunun üçün də bir yerlərdən izn almağa gərək yoxdur”-deyə, o, daha sonra sözlərinə əlavə edib.
Gununsesi.info