“Edam üçün referendum da keçirərik” – Ərdoğan

  • By admin
  • 24 Fevral 2017 21:23

erdogan

 

“Edam tələbi Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunacaq və qanun layihəsi parlamentdə dəstəkləndikdən sonra mənə təqdim olunduqda onu təsdiqləyəcəm”.

Gununsesi.info-nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Manisa şəhərində xalq qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bunun üçün konstitusiyaya dəyişiklik olmalıdır: “Lazım gələrsə, referendum keçirərik. Millət edam deyirsə, məsələ bitmişdir. Suverenlik qeydsiz-şərtsiz xalqın deyilmi?”

 

Gununsesi.info