Yaxın vaxtlarda Edillidə tapılan kütləvi məzarlıqlarla bağlı Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanlayacaqlar.
Bu barədə Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla İsmayıl Publika.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasında Edillidə tapılan kütləvi məzarlıqlarla bağlı bəyanat məsələsi müzakirə obyektidir:
“Yəqin ki, yaxın günlərdə yekun mətnlə ictimaiyyəti tanış edəcəyik”.
Gununsesi.info