Edit Tomson: 100 il öncə sevgilisinin törətdiyi cinayət üzündən asılaraq edam edilən qadın

  • By admin
  • 12 Yanvar 2023 16:55

Edit Tomson sevgilisi Frederik Bivoters ilə ərini öldürməkdən məhkəmə cəzası alaraq 9 yanvar 1923-cü ildə edam edilmişdi.

Oysa əri Persi Tomsonun bıçaqlanacağından xəbərdar olduğuna dair heç bir dəlil tapılmamışdı. Edit buna baxmayaraq, necə ittiham edilmişdi? Üzərindən 100 il keçən məhkəmə ittihamına yenidən baxacağıq.

Gununsesi.info xarici mətbuata istinadən tarixlərlə qeyd edilən həmin maraqlı yazını sizə təqdim edir.

 

Londonun Hollivey Cəza Evi… Edam məmuru və köməkçiləri idam hökmlüsü Edit Tomsonun hücrəsinə o buz kimi 9 yanvar sabahının erkən saatlarında girdilər. Günlərdir, güclü sakitləşdirici iynələrlə yatırdılan 29 yaşlı Edit yarışüurlu şəkildə yatırdı. Edam heyəti onu qaldırmağa çalışarkən inildəyirdi.

Adamlardan biri onu belinden qaldararkən “Gəl, az sonra hamısı keçəcək” dedi.

Edit əl və ayaq biləkləri bağlı olaraq edametmə nöqtəsinə gətirildi.

 

 

“Günahı cəzbedici, sərbəst və inancsız bir qadın işçi olmaq idi”

Eyni əsnada 1 kilometr uzaqda Pentoville Həbsxanasında isə 20 yaşlı sevgilisi Fredi Bitvoters edam edilirdi.

İttihamla bağlı mütəxəssisin fikrincə, Editin günahı “cəzbedici, sərbəst və inancsız bir qadın işçisi olmaq idi.

Roman ustası və yazar Edqar Vallas bu durumu öz sətrləri ilə belə təsvir edir:

“Əgər bir ölkənin tarixində tək bir qadın əleyhinə ən kiçik dəlil parçası belə olmadan tamamı ilə xəbərsiz ictimaiyyətin önmühakimələri ilə asılıbsa, elə bu qadın Edit Tomsondur”.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info