Malik Ələkbərov Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət baş idarəsinin rəisi vəzifəsindən azad edilib.
Nazirlikdən “Report”a məlumatı təsdiqləyiblər.
Bildirilib ki, dövlət başçısının fərmanı ilə Ədliyyə Nazirliyində struktur dəyişikliyi həyata keçirilib: “Bununla əlaqədar Malik Ələkbərov vəzifəsindən azad edilərək sərəncama götürülüb”.