Efiopiyada silahlı polislər mülki insanlara hücum etdi: Qanlı qətliam zamanı 350 nəfər öldü

  • By arzu
  • 05 Dekabr 2022 16:59

Efiopiyada Amhara etnik qrupundan olan xristian polislər Oromia bölgəsindəki sakinlərə hücum edib.

 

HTML tutorial

Gununsesi.info “Mepanews.com”a istinadən xəbər verir ki, şiddətli toqquşmalar zamanı 350 nəfər mülki vətəndaş öldürülüb.
Oroma üzrə millət vəkili Cavar Muhammed etdiyi açıqlamasında son 48 saatda ən azı, 350 nəfər mülki vətəndaşın qətlə yetirildiyini söyləyib.

Hadisə ilə bağlı 400 mindən çox insan köç etməyə məcbur olub.
Hökumət rəsmisi dövlətin rəsmi rabitə ofisinin açıqlamasına istinad edərək, hücumlar nəticəsində Kiramu rayonunun bütün sakinlərinin qonşu yerlərə köç etdiyini bildirib.
Öldürülənlər arasında çoxlu sayda müsəlmanlar var.
Deputatın açıqlamasına görə, son günlərdəki hücumlar qarşılıqlı toqquşmalara çevrilib.
Efiopiya hökumətinin “terror təşkilatı” kimi tanıdığı Oromo Qurtuluş Partiyası hücumun öz silahlı birlikləri tərəfindən edildiyini inkar edib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info