Əfsanəvi basketbolçu öz rekordunu yenilədi

  • By ilhame
  • 03 Mart 2024 11:39

ABŞ-nın “Los Anceles Leykers” klubunun basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) yeni uğura imza atıb.

 

Gununsesi.info-nun məlumatına görə, 39 yaşlı idmançı peşəkar karyerasında 40000-ci xalını əldə edib.

 

O, buna “Denver”ə uduzduqları (114:124) qarşılaşmada nail olub. Beləliklə, əfsanəvi oyunçu öz rekordunu yeniləyib.

 

Ceyms 2023-cü ildə Kərim Abdul-Cabbarı geridə qoyaraq NBA-da ən məhsuldar basketbolçu adına sahib çıxmışdı.

 

Qeyd edək ki, 2003-cü ildən peşəkar karyerası davam edən L.Ceyms 4 dəfə NBA çempionu olub.

Gununsesi.info