“Prime Video” yayım xidməti əfsanəvi boksçu Məhəmməd Əli haqqında “The Greatest” adlı serial yayımlayacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Deadline məlumat yayıb.
Layihənin icraçı prodüseri Maykl B. Jordandır.
“The Greatest” Məhəmməd Əlinin həyatından bəhs edən və ailəsinin də iştirak edəcəyi ilk serial olacaq.
Bildirilir ki, Məhəmməd Əlinin həyat yoldaşı Lonnie Ali bioqrafik filmin prodüseri olacaq.
Serialda baş rolu əvvəllər “All American: Homecoming” layihəsində rol almış Jalyn Best oynayacaq. Şounun digər aktyor heyəti isə hələlik məlum deyil.
“The Greatest” Məhəmməd Əlinin karyerası və taleyinin həlledici məqamlarını əks etdirəcək.
Serialda idmançının təkcə boks həyatına deyil, həm də insani keyfiyyətlərinə yer veriləcək.
Layihə Outlier Society, Amazon MGM Studios, Blue Monday Productions, Authentic Studios, Roc Nation, Polygram Entertainment, Universal Music Group və Grace: A Storytelling Company tərəfindən istehsal olunacaq.
Şəbnəm
Gununsesi.info