Əfv kimlərə şamil olunacaq?

  • By admin
  • 04 Aprel 2024 09:56

May ayında növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.

Qeyd edək ki, artıq Prezdent Yanında Əfv Məsələləri Komissiyası özünün iclaslarına başlayıb.

Azərbaycanda çoxsaylı siyasi məhbusların olmasını nəzərə alsaq, o zaman qarşıdakı sərəncamla onların azadlığa çıxıb-çıxmaması sual yaradır.

Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, hazırda həbsdə olan əksər siyasi məhbusların barəsində qanuni qüvvəyə minmiş hökm olmadığından onların əfvlə azadlığa çıxmaq şansı yoxdur.

 

Söhbət ötən il həbs edilən siyasi fəallar və jurnalistlərdən gedir.

Bununla belə bildirilir ki, mayda imzalanacaq əfv sərəncamında narkotik ittihamı ilə həbs edilən çoxsaylı dindarların azadlığa çıxması məsələsi gündəmdədir.

Qarşıdakı əfv sərəncamında Azərbaycanda cəza çəkən çoxsaylı İran və Nigeriya vətəndaşları da azadlığa çıxacaq” deyə Əfv Komissiyasının üzvlərindən biri bildirib.

 

Afət

Gununsesi.info