Əfv Komissiyasının növbəti iclası keçiriləcək

Sabah Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

Gununsesi.info bildirir ki, bu barədə Oxu.Az-a komissiya üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, iclasda komissiyaya daxil olan müraciətlərə baxılacaq.

Xatırladaq ki, bu, komissiyanın bu il sayca yeddinci iclasıdır. Bu günə qədər komissiya 600-dən çox müraciətə baxıb.

Gununsesi.info