
Egey dənizində dünən gecə baş verən zəlzələdən sonra Lesbos adasının yollarında baş verən sürüşmə səbəbindən 3 kənddə təhsilin bir gün müddətinə dayandırıldığı bildirilib.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, ötən gecə yerli vaxtla saat 22.38-də Egey dənizində 5,2 bal gücündə zəlzələ baş verib.
Zəlzələdən sonra Lesbos adasında bəzi yollar sürüşmə səbəbindən bağlanıb.
Ehtiyat tədbiri olaraq adada 3 kənddə təhsil bir gün müddətinə dayandırılıb.
Sözügedən zəlzələ Çanaqqala, İzmir, Ayvalık, Sakız Adası və Trakyada da hiss olunub.
Orxan Saffari