
Aydının Didim rayonunda qeyri-qanuni yollarla xarici ölkəyə çıxmağa cəhd edən və qaçaqların da içərisində olduğu rezin qayıq batıb.
Gununsesi.info-nun “Anayurt” qəzetinə istinadən xəbər verir ki, mühacirlər Türkiyənin Didim bölgəsindən Yunanıstan keçmək istəyirmişlər. Miqrantları daşıyan qayığın batması nəticəsində 4 nəfər Egey dənizi sularında boğularaq həyatını itirib, 76 nəfər isə itkin düşüb. Hazırda sahil təhlükəsizlik xidmətinin əməkdaşları itkin düşən şəxslərin axtarışlarını davam etdiri.
Anar
Gununsesi.info