
Yunanıstanın Santorini adası ətrafında başlayan seysmik aktivlik davam edir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bölgədə yanvarın 26-dan fevralın 3-dək baş verən zəlzələlərin sayı 6400-ü keçib.
Ötən gün 4 baldan yuxarı zəlzələlərin sayı 20-ni keçdiyi halda, bu gün 8 bal gücündə zəlzələ baş verib.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis ekspertlərin rəylərinə əsaslanaraq, Egeydəki seysmik aktivliyə dünənkindən daha optimist olduqlarını bildirib.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis İqlim Böhranı və Mülki Müdafiə Nazirliyində Egey dənizində seysmik aktivliyə dair rəsmilər və ekspertlərlə görüşdə iştirak edib. İclasda vəziyyəti dəyərləndirən Mitsotakis bildirib ki, Egey dənizindəki ümumilikdə aktiv seysmik quruluşa malik olan Santorini adasının mütəxəssislər üçün geoloji “emalatxanası”dır.
Mitsotakis ekspertlərin son vəziyyətlə bağlı təqdimatlarını dinləyib və xəbərdarlıqlara diqqət yetirməyin vacibliyinə diqqət çəkib.
Mitsotakis təqdimatlara toxunaraq, “Bu gün dünənkindən daha optimistik. Digər tərəfdən, zəlzələlərin təbii ki, proqnozlaşdırıla bilməyəcəyini vurğulamaq istərdim” dedi.
Qeyd edək ki, bölgədə yanvarın 26-dan fevralın 3-dək baş verən zəlzələlərin sayı 6400-ü keçib.
Santorini adasında və ətraflarında baş verən zəlzələlər səbəbilə əhalinin böyük hissəsi ehtiyat tədbiri olaraq adanı hava və dəniz yolu ilə tərk edib.
Biletlərin qiymətləri qalxıb, limanda və hava limanında uzun növbələr yaranıb, ona görə də əlavə reyslər əlavə edilib.
Santorini, Yamurgi, Niyoz və Anafiya adalarında təhsil cümə gününə qədər dayandırılıb.
Orxan Saffari