Bakıda ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən 25 yaşlı Əhməd Əhmədovun ailəsinin məzarları ilə bağlı görüntülər yayılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.
Görüntülərdə 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədov, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədova, 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədov, 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədova və onun beş yaşlı qızın məzarı öz əksini tapıb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.