Ehtiyatda olan bütün hərbçilər ORDUYA TOPLANIR – Prezident QANUN İMZALADI

Ukrayna Prezidenti Vladimir Zelenski ehtiyatda olan şəxslərin səfərbərlik olmadan hərbi xidmətə çağırılması barədə qanunu təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.

“Bununla da hərbi hissələrin qısa müddətdə ehtiyat qüvvələrlə təchizi mümkün olacaq və hücum zamanı qoşunların döyüş qabiliyyəti artırılacaq”, – məlumatda bildirilib.